
Bəllidir ki, dünyada artan ehtiyaclar, inkişaf edən texnologiya ilə birlikdə insanlar daha modern, daha keyfiyyətli və daha gözəl evlər, iş yerləri, ticarət mərkəzləri və s. ilə təmin olunmaq istəyirlər. Buna görə də biz sifarişçilərimizə geniş imkanlar, əlverişli şərtlər yaradaraq işimizi bu istiqamətdə inkişaf etdiririk. Bütün bunlara nail olmaq üçün şirkətimiz daim tikintinin müasir metodlarına, beynəlxalq standartlara yiyələnir və fəaliyyətində tətbiq edir. Məhz bunun nəticəsi olaraq “Alov İnşaat” MMC layihələri bütün parametrlərinə görə öz orijinallığı ilə seçilir və müasir tələblərə cavab verir.
“Alov İnşaat” MMC tikinti və təmir firmasi yaşayiş və qeyri yaşayiş obyektlərinin (villa, bağ evi, hovuz,ofis, restoran, və sair.) tikilişi və təmiri ilə məşğuldur. həmçinin yeni tikilmiş binalarda mənzillərin təmirini də həyata keçirir . Peşəkarlar sayəsində sizə müasir və keyfiyətli proyektlər təklif edərək həmin proyektləri qisa vaxt ərzində yüksək keyfiyyətlə realliğa çevirir.
Sifariş verilən obyektin dizayni, layihələndirilməsi tərəfimizdən aparilir.
“Alov İnşaat” MMC müxtəlif memarlıq və inşaat layihələrində əldə etdiyi təcrübənin nəticəsi olaraq, 2004-cü ildən korporativ fəaliyyətə başlamışdır. Şirkətin əsas fəaliyyət istiqaməti fərdi yaşayış evlərinin- villa və kotteclərin layihələndirilməsi, təmir, bərpa və yenidənqurma işləri, fərdi yaşayış evləri, villa və kotteclərin tikintisi ticarət obyektləri və iş mərkəzlərinin tikintisi və interyer dizaynının aparılması sahəsində cəmlənmişdir. Bununla yanaşı ticarət və turizm obyektlərinin layihələndilirlməsi, tikilməsi və interyer dizaynı da şirkətin fəaliyyətlərində xüsusi yer tutur.
“Alov İnşaat” MMC fəaliyyət göstərdiyi sahələrdə rəqabət üstünlüyü verən əsas amil, onun sahib olduğu özünəməxsus və təkrar olunmaz yeniliyi ilə seçilən memarlıq uslubudur. Şirkət layihələrində milli ornamentlərlə modern memarlıq sənətinin bütün incəliklərini özündə cəmləşdirən üslubu ilə istehlakçı istək və arzularını birləşdirir.
Şirkət, eyni zamanda memarlıq və inşaat sahəsində baş verən bütün yenilikləri yaxından izləyərək, ortaya çıxan yeni özünə məxsus metod və texnologiyaları, istər layihələndirmə və istərsə inşaat mərhələsində tətbiq edir